`Əli Kərimli Oktay Gülalıyevin AXCP-dən qovulması üçün rüşvət vermişdi`


02:11     10 Fevral 2017 16652765_951250155005527_319105837_n%20(1).jpg

“Bu gün canı və qanı ilə Əli Kərimlinin tapşırıqlarını yerinə yetirən və Əli Kərimli ilə Azərbaycan da “siyasi məhbus” alverinə girişən Oktay Gülalyevi 1996-cı il də partiya siralarından xaric olunması üçün AXCP Mərkəzi Nəzarət Təftiş Komisiyasına müraciət etmişdi.”


Bunu Femida.az-a açıqlamasında BAXCP sədrinin siyasi məsələlər üzrə müavini Niyaməddin Orduxanlı deyib.

Onun sözlərinə görə, Gülalıyev partiyanın gəncləri arasında Əli Kərimlinin Elçibəyə etdiyi xəyanətin yayılmasını təşkil etmək idi:

“Bunu açıq şəkil də deyə bilmirdi deyə, Kərimlinin əlinə fürsət düşmüşdü ki, Gülalıyev İran səfirliyinin qarşısında aksiya keçirmişdi. Guya bu hadisə də Əli Kərimlinin xoşuna gəlməmişdi. Ancaq hamı bilirdi ki, əsl AXCP Gənclər Komitəsinin sədri kimi Oktay Gülalıyev Əli Kərimlini Əbülfəz Elçibəyə xəyanət edən və hakimiyyətə satılmış şəxs kimi qəbul edirdi və bu yönəm də partiyanın gəncləri arasında təblığat aparırdı. Qeyd etdiyim kimi, Kərimli də onu partiya sıralarından xaric etmək istəyirdi. Hətta Əli Kərimli MTNK üzvülərinə rəhmətlik Həsən Kərimov vasitəsi ilə 500 dollar rüşvət də vermişdi. Ancaq Əbülfəz Elçibəyin tərəfdarları MNTK – da çoxluq təşkil edildiyindən Oktay Gülalyev partiyadan xaric olunmadı. Beləliklə həm də Kərimlinin 500 dolları batmışdı. Bü gün bu faktı heç biri təkzib edə bilməz. Çünki bu faktı görən onlarla şəxs var. Bu adamlar da təsdiq edər ki, Orduxanlı həqiqəti deyib. Tarixin ironiyasına baxın ki, Oktay Gülalıyev bü gün özünü Əli Kərimlinin silahdaşı kimi göstərir. Buna görə də Oktay bəydən soruşamaq istəyirəm: Əli Kərimlini xəyanətgar adlandırdığın zaman səmimi idin, yoxsa indi?!”

Femida.az

Açar sözlər:

Oxunub: 1516